Şirkət haqqında
Azerfon LLC 21 Mart 2007 tarixində Nar brend adı altında fəaliyyətə başlayıb. Hazırda Nar 2.2 milyon müştəriyə yüksək keyfiyyətli kommunikasiya xidmətləri göstərir. Nar son 5 ildə Müştəri Loyallığı İndeksinə əsasən ölkənin lider mobil operatorudur
Nar - Sənə ən yaxın!
Biz Azərbaycanın ən əlçatan şirkətiyik. Müştəri mərkəzli strategiyamıza əsaslanaraq, biz üstün xidmətləri ən sərfəli qiymətlərə təqdim etməyə qərarlıyıq. Biz ölkə boyunca Nar ilə qarşılıqlı əlaqənin asan, yetərli və müştərilərin tələblərini qarşılayacaq şəkildə qurulmasını təmin edirik.
Nar - Hər yerdə, Hər kəs üçün, Ən sərfəli
Sərfəlilik sadəcə vədimiz deyil – harada olmağınızdan asılı olmayaraq sizin qarşınızda öhdəliyimizdir.
Mobil telefonunuzun növündən asılı olmayaraq, xidmətlərimizin sizə həm fiziki, həm rəqəmsal şəkildə əlçatan olmasını təmin edirik.
Əlçatanlıq Nar üçün hər kəsin etibarlı bağlantıdan istifadə edə bilməsidir.