Xidmətlər
For users
Mobil nömrə daşınması (MND)
Yeni Nar nömrəsini onlayn əldə edin
2.5 GB
*ƏDV daxildir
6.99
Qeydlər
Paketi aktivləşdirmək üçün:
- *777#95#YES kodunu yığ;
- i25 yaz, 777-yə SMS göndər;
- Nar+ tətbiqinə daxil ol.
Günlük internet paketinin balansını yoxlamaq üçün:
- *777#20#YES kodunu yığ;
- i yaz, 777-yə SMS göndər;
- Nar+ tətbiqinə daxil ol.
Cari internet paketini yeniləmək üçün:
- *777#7#YES kodunu yığ;
- 7 yaz, 777-yə SMS göndər;
- Nar+ tətbiqinə daxil ol.
Əlavə:
- Əgər internet paketindəki təqdim edilən internet bonusları tükənibsə, amma paketin vaxtı hələ bitməyibsə, həmin müddət ərzində internet istifadəsi tarif şərtlərinə uyğun hesablanacaq.
- Cari paketin internet bonusları bitmədiyi halda, yeni paket sifariş olunarsa, hər iki paketin meqabaytları cəmlənəcək və hər bir paketin internet bonusu həmin paketin istifadə dövrü ərzində istifadə olunacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra, yalnız sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.
- Paket sifarişi nömrənin istifadə müddətini uzatmır və paketlər yalnız aktiv statusda olan nömrələrdə sifariş edilə və istifadə oluna bilər.
- Əgər həm tarifin, həm də internet paketin müddəti bitibsə, balansdakı mövcud məbləğ ilk olaraq tarifi yeniləmək üçün istifadə olunacaq.
- Hesablanma: 1 GB = 1000 MB, interval 5 MB-dır.
- Təqdim edilən xidmətdən abunəçinin sui-istifadə etməsi nəticəsində başqa abunəçilər üçün bu xidmətin keyfiyyətinin aşağı düşməsi qeydə alınarsa, Nar həmin abunəçinin nömrəsində xidməti məhdudlaşdırma hüququnu özündə saxlayır.
- Paket və ya tarif bonusları arasında istifadə prioriteti istifadə müddəti daha tez bitənin xeyrinədir.
- Limitsiz 1 saat, Limitsiz 3 saat və günlük internet paketləri daha yüksək istifadə prioritetinə sahibdir.
- Paketin balansını *777#20#YES yığaraq yoxlayan zaman balansdan 0.05 AZN silinir.
- Paketi SMS vasitəsilə aktiv və ya deaktiv edən zaman, tarifin şərtlərinə uyğun olaraq 1 SMS haqqı çıxılır.
Cari Günlük internet paketindən imtina etmək üçün:
- *777#0#YES kodunu yığ;
- Nar+ tətbiqinə daxil ol.
Tez-tez verilən suallar
Telefonumda interneti necə aktiv edim?
- S yazıb 721-ə SMS göndərməklə.
- Хidmət mərkəzlərimizə yaxınlaşmaqla (aktivasiya kodu əldə etmək üçün internet paketi aktiv etmək istədiyin nömrə (SIM kart) üzərində olmalıdır).
