Əlavə məlumat
Qiymətlər

Ödəniş və istifadə tarixçəsindən asılı olaraq, maksimum 10 AZN Nar Kredit və 2 AZN SOS Kredit götürmək mümkündür. *700#YES kodunu yığaraq birdəfəlik maksimum 3 AZN məbləğində Nar Kredit götürmək olar. SOS Kredit xidmətindən maksimum Nar Kredit limitinə çatan abunəçilər istifadə edə bilər.

Veriləbiləcək kredit məbləği, ona uyğun istifadə haqqı və sorğu kodu aşağıdakı cədvəldəki kimidir:

Kreditin adı Kreditin məbləği (AZN) İstifadə haqqı (AZN) Kod
Nar Kredit 0.5 0.10 *700#05#YES
1.0 0.20 *700#01#YES
2.0 0.40 *700#02#YES
3.0 0.60 *700#03#YES
SOS Kredit 1 0.40 *711#

Bütün qiymətlərə ƏDV daxildir

Qeydlər
  • Nar Kredit və SOS kredit xidmətindən yalnız öncədən ödənişli və nömrəsi aktiv statusda olan abunəçilər istifadə edə bilər.

  • Alınmış kreditlərin ümumi borcu növbəti balans artımından sonra balansdan çıxılır.

  • Kreditin alınması nömrənin aktivlik müddətini uzatmır.

  • Abunəçi son 30 gün ərzində şəbəkədə aktiv olmalıdır və balansını ən azı 1 dəfə artırmalıdır.

  • Abunəçi nömrəsinin aktivləşdirilməsi müddətindən sonra 7 gün ərzində balansını ən azı 1 AZN artırıbsa, Nar Kredit xidmətindən istifadə edə bilər.

  • Kredit xidmətlərinə dair uğurlu sorğusunun dəyəri 0.08 AZN-dir 

  • Nar Kredit borcunu yoxlamaq üçün *700#150#YES kodunu,SOS kredit borcunu yoxlamaq üçün isə *711#150# yes yığ. Sorğu ödənişsizdir.

  • Kredit götürmək üçün yığdığınız hər bir uğurlu kredit sorğusuna görə balansınızdan 0.08 AZN xidmət haqqı tutulacaq. Uğursuz kredit sorğusuna görə isə balansınızdan heç bir məbləğ çıxılmayacaq. Əgər balansınızda kifayət qədər məbləğ varsa, uğurlu sorğunun dəyəri dərhal silinəcək. Balansınızda kifayət qədər məbləğ yoxdursa, və kredit sorğusu uğurludursa, bütün sorğuların dəyəri cəmlənərək balansa məbləğ yükləndikdən sonra tutulacaq.

  • Kredit xidmətlərindən rominqdə olarkən də istifadə etmək mümkündür.

  • Dostuna kredit sorğusu göndərdiyin halda, sorğunu dostun 30 dəqiqə ərzində təsdiqləməlidir.

Kredit əldə etmək üçün:
  • Nar Kredit və SOS Kredit kredit xidmətlərindən istifadə etmək üçün yuxarıda qeyd edilmiş müvafiq nominallara uyğun sorğu kodunu göndər.

    Birdəfəlik maksimum mövcud Nar kreditini əldə etmək üçün *700#YES yığ.

    Dostun üçün kredit götürmək üçün *700*01*dostunun nömrəsi#YES yığ

    Dostunun sənin üçün kredit yükləməyi üçün bildiriş göndərmək istəyirsənsə *700*1*dostunun nömrəsi#YES yığ

  • Krediti Nar+ tətbiqi vasitəsilə əldə edə və ödəyə bilərsən.

Loading...