Xidmətlər
İstifadəçilər üçün
Şirkət haqqında
Bizi daha yaxından tanı
Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Dəyərlərimiz
Fəaliyyətimizin mərkəzində insanlar dayanır. Dəyərlərimizin məqsədi insanlara xidmət göstərmək və xidmətimizlə dəyər yaratmaqdır. Öz dəyərlərimizə sadiq qalaraq, fəaliyyətimizin hər istiqamətində bu dəyərləri rəhbər tuturuq.
Qayğınıza qalırıq!
Müştərilərimizin gözləntilərini üstələyən dəyər və müstəsna müştəri təcrübəsi yaratmaq üçün üzərimizə götürdüyümüz öhdəliklərə sadiq qalır və onlara görə məsuliyyət daşıyırıq. Müştəri tələblərini dinləyərək istəklərinizə uyğun xidmətlər təqdim edirik.
Bir-birimizi dəstəkləyirik!
Bütün ölkə boyunca yüksək keyfiyyətli mobil rabitə xidmətləri təqdim edərək abunəçilərimizin rəqəmsal dünyaya çıxışına töhfə veririk. Bu keyfiyyəti qorumaq üçün daxili resurslarımızı səfərbər edir, işimizdə qarşılıqlı dəstək prinsipini rəhbər tutaraq çalışırıq!
Ən yaxşısını edirik!
Sərfəli qiymət qarşılığında üstün xidmət təqdim etmək üçün aydın hədəflər qoyur, işlərimizin yekununda şəffaf hesabatlılığı təmin edir və nəticələri inkişafa yönəlik meyarlarla dəyərləndiririk. Fəaliyyətimizi üstün keyfiyyət prinsipi üzərində qurur və abunəçilərimizə ən yaxşısını təqdim edirik.
Strategiyamız
İşimizin mərkəzində müştərilərimiz dayanır. Məqsədimiz bütün abunəçilər üçün sərfəli, sadə və rahat xidmətlər təqdim edən şirkət olaraq qalmaqdır.
Rəhbərlik
Baş İcraçı Direktor
Qunnar Panke
“Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, Qunnar Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq, satış və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb.
ƏtraflıDirektorlar heyətinin üzvü
İqbal Yusifov
İqbal Yusifov “Azerfon” MMC-nin direktorlar şurasının üzvüdür.
Ətraflıİdarə Heyətinin Sədri
Markus Qolder
Markus Qolder Avropa və Yaxın Şərq ölkələrində telekommunikasiya sahəsi üzrə 20 illik idarəçilik təcrübəsinə sahibdir. O, “Swiss Sunrise”, “Vivacom” (Bolqarıstan), “Nawras” (Oman) və “GO” (Malta) kimi nüfuzlu telekommunikasiya şirkətlərində kommersiya fəal
Ətraflıİctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət şöbəsinin direktoru
Hökümə Kərimova
Hökumə Kərimova ictimaiyyətlə əlaqələr sahəsində 14 illik zəngin təcrübəyə malikdir. O, ilk rəhbər vəzifəsinə 2009-cu ildə İsrail Səfirliyində İqtisadiyyat və Ticarət Əlaqələri departamentinin Direktoru kimi başlayaraq ikitərəfli ticarət əlaqələrinin geniş
ƏtraflıSatış şöbəsinin direktoru
Fariz Cəfərov
Fariz Cəfərov Telekomunikasiya, satış infrastrukturunun qurulması və inkişaf etdirilməsi sahələrində 15 ildən artıq zəngin təcrübəyə malikdir.
ƏtraflıAbunə Müqaviləsi