ASAN İmza
Asan İmza mobil elektron imza sisteminə qoşulmaqla sən mobil telefonun vasitəsilə şəxsiyyətini təsdiqləyə, elektron xidmətlərdən yararlana və sənədləri imzalaya bilərsən. Artıq “Səyyar Nar” xidmətindən istifadə etməklə və rəsmi diler dükanlarımıza müraciət etməklə də ASAN Imza xidməti üçün nömrə əldə etmək mümkündür.
Məlumat
Fərdi şəxslər
  • 0
  • 0**
  • 3
  • 0.00
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
  • 18
  • 2.50
  • 3
  • 0.00
Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanları
  • 16
  • 0
  • 3
  • 0.00
Qoşulma

Fəaliyyət növündən asılı olaraq, Asan İmza xidmətinin 3 növündən birini seçə bilərsən.

Fərdi şəxslər (vətəndaşlar və daimi/müvəqqəti yaşayan əcnəbilər) üçün Asan İmza xidməti
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün Asan İmza xidməti
Dövlət hakimiyyəti və ya yerli özünüidarəetmə orqanlarının əməkdaşları üçün Asan İmza xidməti


*ƏDV daxildir

**1 iyul 2021-ci ildən etibarən "Vətəndaş” tipli “Asan İmza" xidməti üçün aylıq abunə haqqı ləğv edilir və aşağıdakı şəxslərdən tutulmayacaqdır:

- 20 iyun 2020-ci ildən etibarən 1 iyul 2021-ci il tarixinə qədər xidmətinə qoşulan və 2.50 AZN təşkil edən aylıq abunə haqqını ödəyənlər

- 1 iyul 2021-ci ildən etibarən xidmətinə qoşulanlar

20 iyun 2020-ci ilə qədər “Vətəndaş” tipli “Asan İmza” xidmətinə qoşulan və 18 AZN ödəyən vətəndaşlar üçün aylıq abunə haqqı 2.50 AZN olaraq qalır. Bu vətəndaşlar “Asan İmza” xidmətləri qüvvədə olduğu müddətdə “Biznes” tipli “Asan İmza” sertifikatının əldə edilməsi üçün müraciət edə bilərlər. Bu kateqoriyaya aid olan vətəndaşlar aylıq abunə haqqını ödəmək istəmədikdə, Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşıb, mövcud xidməti ləğv edərək, yeni tarifə qoşula bilərlər. 

Diqqət! 20 iyun 2020-ci ildən “Vətəndaş” tipli “Asan İmza” xidmətinə qoşulan, həmçinin bu xidməti 2021-ci ilin 1 iyul tarixindən etibarən əldə edən vətəndaşlar “Biznes” tipli “Asan İmza” sertifikatlarını əldə edə bilməz.

“Asan imza” xidməti üçün Nar nümayəndəliyinin fəaliyyət göstərdiyi aşağıdakı ünvanlardan birinə yaxınlaşa bilərsən:

  • Bakı, Bül Bül Pr. 24 ("Həyat" aptek sırasında);
  • Bakı, Elmlər Akademiyası, Hüseyn Cavid Pr. 558 mənzil 40, (Yapı Kredit Bankla üzbəüz)
  • Bakı, Neftçilər, Qara Qarayev Pr. 74 (Metronun Neftçilər stansiyasının yanında)
  • Bakı, Tərlan Əliyarbəyov küç, 9 (Fəvvarələr Meydanı)
  • Bakı, Nərimanov, Təbriz küç 95 (N.Nərimanov m.st-nın kinoteatra olan çıxışı)
  • Bakı, Əhmədli, Məhəmməd Hadi 23/24 (Əhmədli metro stansiyanın çıxışı )
  • Bakı, Nəsimi, Vergilər Nazirliyi, Mirəli Qaşqay küç, 56
  • Bakı, Sabunçu, Sülh küç 197, 4 saylı “ASAN Xidmət” mərkəzi
  • Sumqayıt, 2-ci MKR, Sülh Küç. (34-cü kvartalla üzbəüz)
  • Sumqayıt, İrşad Telecom, 1-ci Mkr, Sülh Küç. (Sumqayıt Maarif şöbəsinin yanı)
  • Sabirabad, Muğan pr. 2 “V” (Bayraq meydanının yaxınlığında)
  • Gəncə, Ataturk Pr. 261
  • Naxçıvan, Təbriz küç.,1 Tədris ticarət mərkəzi ile üzbeüz
  • Bakı, Şəhər Vergilər Departamenti, Ağa Neymətulla 44
  • Şirvan, Xaqani kuc., (18 N-li məktəbin yanında)
  • Mingəçevir, Heydər Əliyev Pr. 54\16 (Az. Müəllimlər İnstitunun (ADMİ) yanı)
  • Quba , H.Əliyev pr. 119 (Mərkəzi Bazarın yanı/Bank Standartla üzbəüz) 
  • Bərdə, Nizami küç. 110 
  • Gəncə, Heydər Əliyev prospekti, 52/12 (Azərittifaq-ın yanı) 
  • Biləsuvar, H. Əliyev pr. (Heydər Əliyev mərkəzi ilə üzbəüz) 
  • Şəki, M. F. Axundov küç. 6 (B. Vahabzadə bağı (heykəli) ilə üzbəüz) 
  • İmishli, Q.İsmayılzadə küçəsi. 32 (Mərkəzi Bazarın yaxınlığı)
  • Ağcabədi, H.Əliyev pr. (Mərkəzi Bazarın yaxınlığı)  
  • Bakı, A. M. Şərifzadə küç. 39, 3 saylı "Asan Xidmət" mərkəzi 
  • Kürdəmir, H.Əliyev pr. (Statistika və Polis idarəsinin yaxınlığı)
  • Lənkəran, Həzi Aslanov küç. (Access Bankın yanı) 
  • Masallı, Talışxanov küçəsi (Bank Respublikanın yanı)
  • Zaqatala, H.Əliyev pr. 59 
  • Tovuz, Sabir küçəsi (İcra Hakimiyyəti ilə üzbəüz)
  • Cəlilabad, H.Əliyev pr. ilə M.F.Axundov küçələrinin kəsişməsi (Mərkəzi Poçt şöbəsi ilə üzbəüz)
  • Şamaxı, Şirvani küç. (Musiqi məktəbin yanı)

Asan İmza xidməti həm cari, həm də yeni nömrəyə tətbiq edilə bilər. Asan İmza xidmətini dəstəkləyən Nar nömrənin qiyməti 4 AZN* təşkil edir.

Xidmətin aktivləşdirilməsi üçün:

  • Nar Müştəri Xidmətləri mərkəzlərindən birinə müraciət etməlisən. Zəruri sənədləri doldurduqdan sonra sənə yeni Nar nömrəsi və ya cari nömrənin dublikatı veriləcək;
  • Elektron sertifikatın aktivləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi nümayəndəliyinə müraciət et. ASXM nümayəndəliyi ASAN Xidmət mərkəzlərində də fəaliyyət göstərir.

Asan İmza xidməti barədə daha ətraflı məlumat almaq üçün:

 

Qaydalar

1. Abunəçi, Asan İmza xidmətinin göstərilməsi üçün (xidmət növündən asılı olaraq) tariflər, ödənişlər, xidmətlə bağlı ediləcək dəyişikliklər və şərtlər barədə müvafiq məlumatı “Azerfon”-un rəsmi internet səhifəsindən (www.nar.az) əldə edə bilər.

2. Hazırkı Qaydalar əsasında Asan İmza xidmətinin göstərilməsini təmin etmək üçün Abunəçiyə Asan İmza SIM kartı təqdim olunur.

3. Abunəçiyə təqdim olunan Asan İmza SIM kartına yüklənilmiş Asan İmza proqramı və Asan İmza PIN kodları vasitəsilə abunəçinin fiziki imzasının elektron imza ilə əvəz edilməsi imkanını təmin edir.

4. Asan İmza xidməti vasitəsilə Abunəçi müxtəlif elektron xidmət sahələrinə aid olan müqavilə, forma, akt və digər elektron sənədləri elektron imza ilə imzalaya bilər.

5. Hazırkı Qaydalar ilə təsdiq olunur ki, Abunəçi təqdim olunan Asan İmza xidmətinin Qaydaları, həmçinin ödəniş haqqı ilə tanışdır və aşağıda qeyd olunanlar barədə məlumatlıdır:

5.1 Asan İmza xidmətinə qoşulan nömrə ilə məlumat mübadiləsi SMS xidmət çərçivəsində təmin ediləcək;

5.2 Abunəçi Asan İmza xidmətinə qoşulmaq üçün “Azerfon”-un Satış və Xidmət mərkəzlərinə müraciət edib, müvafiq ödənişi həyata keçirərək 3 (üç) ildən çox olmayan müddət üçün Asan İmza mobil elektron imza xidmətini əldə edə bilər. Nar operatoruna Asan İmza xidmətinin növünə uyğun olaraq qoşulma haqqının ödənişindən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikatların verilməməsinə görə məsuliyyət daşımır.

5.3 Abunəçi Asan İmza xidmətinin göstərilməsinin dayandırılması üçün Nar Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir. Abunəçi hüquqi şəxs olduqda yazılı formada edilən müraciət kurator və ya xidmət qrupuna təqdim olunmalıdır.

5.4 Abunəçi Asan İmza xidmətinə yalnız nömrə üzrə borcu olmayan və telekommunikasiya xətti ikitərəfli açıq olan nömrə ilə qoşula bilər.

5.5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi ilə Abunəçi arasında imzalanan müqavilədə qeyd olunan hallarda, bu xidmət vaxtından əvvəl dayandırıla bilər. Bu kimi hallar Abunəçi ilə Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi arasında bağlanılmış müqavilə ilə tənzimlənir. Nar operatoru belə hallarda Abunəçi qarşısında heç bir məsuliyyət daşımır və Abunəçinin bütün iddia və tələblərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə ünvanlamalıdır.

5.6 Asan İmza xidmətinə qoşulan nömrə üzrə müvafiq Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xidmətlərin göstərilməsi dayandırıldıqda, avtomatik olaraq həmin nömrədə Asan İmza xidmətindən istifadə dayandırılır və bununla bağlı Abunəçiyə bildiriş göndərilir. Nömrədə Asan İmza xidmətinin göstərilməsinin bərpa edilməsi müvafiq Abunə müqaviləsində nəzərdə tutulan qaydada həyata keçirilir.

5.7 Abunəçi Asan İmza xidmətinin xüsusiyyətləri və tarifləri barədə məlumatlı olduğunu təsdiq edir. Abunəçi rouminqdə olarkən Asan İmza xidmətindən istifadə edə bilər. Bu zaman Asan İmza xidmətinin göstərilməsinə görə xidmət haqqının tutulması rouminq tarifləri çərçivəsində həyata keçiriləcək.

5.8 Nömrədə Asan İmza xidmətindən hər hansı səbəbdən üçüncü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi daxil olmaqla) istifadəsinə görə Abunəçi məsuliyyət daşıyır. Belə istifadənin qarşısını almaq üçün Abunəçi dərhal “195” Çağrı Mərkəzinə zəng etməli və ya Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə və ya Nar Müştəri Xidmətləri ofislərinə müraciət etməlidir.

5.9 Nömrə addan ada keçirildiyi halda, Asan İmza SİM kartı dəyişdirilməlidir.

5.10 Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikatın verilməsindən imtina edildikdə, abunəçi “Azerfon”-dan Asan İmza SIM kartını əldə etdiyi gündən etibarən 2 (iki) həftə ərzində Asan İmza xidmətinə qoşulmaq üçün əvvəlcədən ödədiyi məbləği geri ala bilər. Əks halda, habelə Nömrədə aktivləşdirilmiş Asan İmza xidmətindən istifadə olunmadıqda, Asan İmza xidmətinə qoşulmaq üçün ödənilən müvafiq xidmət haqqı geri qaytarılmır.

5.11 İmzalanmış Abunə müqaviləsi çərçivəsində əldə olunmuş məhsullara, xidmətlərə hazırki qaydalardan irəli gələn tələblər tətbiq edilir.

5.12 Abunə Müqaviləsinin bütün digər şərtləri dəyişdirilmədən qüvvədə qalır.

5.13 Qaydalar www.nar.az və www.asanimza.az və ya digər kütləvi iformasiya vasitələrində dərc edildiyi gündən qüvvəyə minir.

Xidmətinin SMS vasitəsilə uzadılması

Bu xidmətdən “Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda “Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.

Qeyd: Abunəçi “Asan İmza” xidmətinin istifadəçisi olduqda, həmin xidmətin etibarlılıq müddəti bitmədikdə və istifadəçi yararlandığı “Asan İmza” xidmətinin tipi və istifadə müddətinin bitməsilə bağlı məlumat almaq istədikdə “8500” qısa nömrəsinə “status” açar sözündən ibarət SMS göndərməlidir. 

SMS vasitəsilə xidmətin etibarlılıq müddətini uzatmaq üçün istifadəçi aşağıdakı addımları yerinə yetirməlidir:

1. Hansı xidmət tipindən istifadə edəcəyini qərarlaşdırmalıdır (“Vətəndaş”, “Biznes” və ya “Dövlət”).

2. Hər xidmət tipi üçün nəzərdə tutulan xidmət haqqı ilə tanış olmalı və “Asan İmza”nın lazım olan tipinin aktivləşdirilməsi üçün balansında müvafiq məbləğin olub-olmamasını yoxlamalıdır.

3. “Asan İmza” xidmətinin müddətinin uzadılması üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən biri ilə SMS göndərməlidir:

Vətəndaş” tipli xidmətin uzadılması üçün: ferdi

Biznes” tipli xidmətin uzadılması üçün: biznes

Dövlət” tipli xidmətin uzadılması üçün: dovlet

Asan İmza tipindən asılı olaraq xidmət haqqları aşağıdakı kimidir:

Vətəndaş” tipli Asan İmza xidməti odənişsizdir (aylıq abunə haqqı – 0 AZN).

Biznes” tipli Asan İmza xidməti -18 AZN (aylıq abunə haqqı – 2.5 AZN).

Dövlət” tipli Asan İmza xidməti- 16 AZN (aylıq abunə haqqı – 0 AZN).

Qeydlər:

Hər hansı səbəbdən müvafiq açar sözünün düzgün seçilməməsinə, o cümlədən hər hansı səbəbdən 3-cü şəxslərin (nömrənin və ya cihazın oğurlanması və ya itirilməsi halları da daxil olmaqla) istifadəsinə görə abunəçi məsuliyyət daşıyır. Göstərilənlərlə bağlı NAR mobil operatoru cavabdehlik daşımır.

Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinə müraciət etmədən, SMS xidmətindən istifadə etmək ilə Asan İmza xidmətini aktiv etmək mümkün olmayacaq.

Abunəçi Asan İmza xidmətinə ilk dəfə qoşulmaq üçün Müştəri Xidmətləri ofislərinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 (üç) il müddətinə qoşula bilər. 3 (üç) illik müddət bitdikdən sonra abunəçi “Asan İmza” xidməti dəstəkləyən nömrədən aidiyyatı qısa nömrəyə seçilmiş açar sözünü göndərmək ilə xidmətdən istifadə müddətini növbəti 3 il müddətinə uzadılmasını təmin edə bilər. NAR mobil operatoruna müvafiq ödəniş həyata keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Abunəçiyə müvafiq sertifikat verilməlidir, müvafiq sertifikatın verilməməsinə görə Nar mobil operatoru məsuliyyət daşımır.

Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaq ilə) abunəçilərə, SMS xidmətindən istifadə etmək ilə Asan İmza xidmətini növbəti müddətə aktiv etmək mümkün olmayacaq.

Nəzərinizə çatdıraq ki, xidmətin  SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin www.e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının istifadə müddətinin bitməsinə son 30 gün ərzində “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.“Asan İmza” sertifikatlarının müddətinin onlayn qaydada uzadılması üzrə “İstifadəçi Təlimatı” ilə https://asanimza.az/asan-imza-az/2020/asan-imza-sertifikatlarinin-onlayn-uzadilmasi/  linki vasitəsilə tanış ola bilərsiniz.

Satış və xidmət mərkəzlərimizi tap
Bakı
  • Bakı
  • Sumqayıt
  • Ağcabədi
  • Bərdə
  • Biləsuvar
  • Gəncə
  • Kürdəmir
  • Lənkəran
  • Naxçıvan
  • Qusar
  • Quba
  • Sabirabad
  • Salyan
  • Şəki
  • Şəmkir
  • Şirvan
  • Siyəzən
  • Tovuz
  • Xaçmaz
  • Zaqatala
  • Astara
  • Ağdaş
  • Beyləqan
  • Cəlilabad
  • Daşkəsən
  • Gədəbəy
  • Goranboy
  • Göyçay
  • Hacıqabul
  • Xudat
  • İsmayıllı
  • Qax
  • Qazax
  • Mingəçevir
  • Masallı
  • Neftçala
  • Oğuz
  • Yevlax
  • Zərdab
Xırdalan - H.Əliyev prospekti 1A (Köhnə Bazarla üzbəüz).
I – V
10:00-18:00
VI-VII
Xidmət göstərilmir
Fasilə
13:00-14:00
Binəqədi - 8 mkr. S. S.Axundov 4
I – V
09:00–18:00
VI-VII
09:00–18:00
Fasilə
13:00–14:00
Xətai - M.Hadi k. 23/24
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Nəsimi - Bədəlbəyli k., 106/12
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Nəsimi - 28 May k. 62
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Nizami - Q.Qarayev pr. 62
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Nizami - Q.Qarayev pr. 29
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Səbail - Bül-bül 24
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Sabunçu - S.Mehmandarov 42
I – V
09:00-18:00
VI
09:00-18:00
VII
10:00-19:00
Fasilə
13:00-14:00
Yasamal - Zərgərpalan 133
I – V
09:00–18:00
VI
09:00–18:00
VII
10:00–19:00
Fasilə
13:00–14:00
Qaradağ - Ələt qəs. 1587-ci keçid ev 18 mən. 80
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Bakı, Neftçilər - Qara Qarayev Pr., 74
I - V
10:00-19:00
VI-VII
10:00-18:00
Fasilə
13:00-14:00
Xətai - M.Hadi 65C
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Xəzər - Binə qəs., Əli İsazadə 9
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Nəsimi - Azadlıq pr. 18 (D.Əliyeva)
I – V
10:00–19:00
VI-VII
10:00–19:00
Fasilə
13:00–14:00
Bakı, Elmlər - H.Cavid pr., 48
I - V
10:00-18:00
VI-VII
Xidmət göstərilmir
Fasilə
13:00-14:00
Loading...