banner

Korporativ Sosial Məsuliyyət və Sponsorluq

Sosial fəaliyyətimizlə insanlara həqiqi fayda verən perspektivli layihələr həyata keçirir, BMT Qlobal sazişinin bir üzvü kimi dayanıqlı inkişaf məqsədlərini əsas tutaraq cəmiyyətdə nəzərəçarpan və hərtərəfli dəyişikliklər yaradırıq.

Korporativ Sosial Məsuliyyət və sponsorluq strategiyamız

Fəaliyyət göstərdiyimiz cəmiyyətin ehtiyaclarını araşdırır və iqtisadi, sosial və ekoloji dayanıqlılıq arasında tarazlığı təmin etmək məqsədilə ölkə üçün mühüm əhəmiyyət kəsb edən sosial layihələrə müəlliflik edir, nəticəyönümlü, aktual, müsbət dəyişikliklərə gətirən layihələr həyata keçiririk. “Nar”ın uzunmüddətli KSM və sponsorluq layihələri üçün əsas istiqamətləri bunlardır:

  • Təhsil və inkişaf
  • Milli-mənəvi irs və vətənpərvərlik
  • Fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası

Layihələrini “Nar” mobil operatoruna təqdim etmək istəyən təşkilatlar əlavə edilmiş faylı doldurmalı və onu [email protected] elektron ünvanına göndərməlidirlər.

Bu keçid vasitəsiylə sponsoru olduğumuz layihələrlə tanış ola bilərsiniz.

Layihələrimiz
Daha çox
Nardan Ümumdünya Kitab Gününə dəstək
24.04.2025Nardan Ümumdünya Kitab Gününə dəstək

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən Nar gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub.

Ətraflı
Nar nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı
17.04.2025Nar nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start verib. Bu dəfə təlimlərdə 18-35 yaş aralığında 10 nəfər iştirak edir.

Ətraflı
“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib
04.04.2025“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verən “Nar” Dövlət Peşə Agentliyi və “Sustainera Solutions” şirkətiylə birgə Peşə Təhsili üzrə Müəssisələrin müəllimləri üçün mobil rabitə avadanlıqlarına dair xüsusi təlim keçirib. İki gün davam edən bu təlim müəllimlərin müasir telekommunikasiya texnologiyaları barədə biliklərini artırmağa və bu sahədə praktiki bacarıqlar qazanmalarına imkan yaradıb.

Ətraflı
Media ilə əlaqələr
Hörmətli jurnalistlər və bloqqerlər, media ilə bağlı sual və müraciətlərinizi göndərə bilərsiniz.
/media/uploads/icons/Icons_1_2TbP6Vs.svg
Bizə yazın[email protected]
Loading...
Mövzu*
Media ilə əlaqələr
  • Media ilə əlaqələr
Loading...