Smartfon alarkən diqqət etməli olduğunuz 10 əsas faktor
Yeni smartfon alanda seçim etmək bir az çətin ola bilər. Smartfon telefonlar bazarında yüzlərlə fərqli model və marka var. Seçim edərkən nəyə diqqət etməli olduğunu hər zaman bilmək olmur. Amma rahat qərar vermək üçün bu 10 əsas faktora nəzər yetirmək kifayətdir:
• Ekran ölçüsü və keyfiyyəti, smartfon telefonlar və qiymətləri arasında seçim zamanı mühüm rol oynayır. Geniş ekran oyun və video baxışı üçün əlverişlidir, kiçik ekran isə rahat daşınır. AMOLED və IPS LCD texnologiyaları arasında seçim edərkən, kontrast və rəng dəqiqliyini də nəzərə almalısan. Əsasən telefonun ölçüsü sənə vizual rahatlıq və gündəlik konfort verməlidir.
• Kamera keyfiyyəti də nəzərə alınmalı vacib amildir. Əgər tez-tez şəkil çəkirsənsə, sadəcə megapikselə deyil, linza keyfiyyətinə, stabilizasiya və geniş bucaq imkanlarına da bax. Smartfon qiymətləri bu xüsusiyyətlərə görə dəyişə bilər. Foto çəkməyi sevirsənsə, bu amilləri diqqətlə analiz et.
• Batareyanın ömrü də çox önəmlidir. 5000 mAh və ya daha yüksək tutumlu modellər uzunmüddətli istifadə üçün idealdır. Sürətli və simsiz enerji yükləmə də rahatlıq yaradır. Batareya ömrü uzun olan smartfon seçməyə çalış.
• Əgər telefonla oyun oynayır və ya çoxlu tətbiq istifadə edirsənsə, güclü prosessor vacibdir. Snapdragon və MediaTek ən populyar seçimlərdir. Ən azı 6GB RAM olan modellər gündəlik işlər üçün ideal sayılır. Bu da smartfon qiymətləri üzərində təsir yaradır.
• Telefon alarkən əməliyyat sistemi də önəmlidir. Android və ya iOS arasında seçim edərkən, hansı ekosistemə öyrəşdiyini nəzərə al. Telefon satışı zamanı təklif edilən modellərdə yenilənmə dəstəyi olan cihazlara üstünlük vermək daha məqsədəuyğundur.
• Yaddaş həcmi də seçim zamanı mühüm rol oynayır. Əgər şəkil, video və tətbiqlər çox saxlayırsansa, 128GB və ya daha yüksək yaddaşlı modellərə üstünlük ver. microSD kart dəstəyi olan telefonlar da əlavə üstünlük sayılır. Bu cür modelləri kreditlə telefon alışı ilə rahat əldə edə bilərsən.
• Bağlantı və şəbəkə dəstəyi də seçim zamanı diqqətə alınmalıdır. 4G və ya 5G dəstəyi olan telefonlar daha sürətli internet təcrübəsi verir. Əgər mobil internetdən çox istifadə edirsənsə, uyğun şəbəkə dəstəyi olan modelləri seçməlisən. Seçim edərkən operator uyğunluğuna da fikir ver.
• Dizayn və material keyfiyyəti də seçim üçün vacibdir. Telefon əlinə necə oturur, dayanıqlıdırmı? Metal və ya şüşə korpuslu modellər həm görüntü baxımından cazibədardır, həm də premium hissi yaradır. IP reytinqinə malik, suya və toza davamlı modellər daha uzunömürlü olur.
• Təbii ki, qiymət məsələsi də nəzərə alınmalıdır. Smartfon telefonlar və qiymətləri üzrə bazarda müxtəlif seçimlər var. Büdcənə uyğun modelləri müqayisə et. Endirimlərə, telefon satışı kampaniyalarına və kredit imkanlarına bax.
• Nəhayət, zəmanət və texniki dəstək. Telefonun zəmanət müddətini və texniki dəstəyini yoxla. Mobil cihazları rəsmi distribütordan və ya etibarlı satıcıdan almaq gələcək problemlərin qarşısını alır.
Bu amilləri nəzərə alaraq, sənə ən uyğun smartfon modelini rahatlıqla seçə bilərsən.
Nar-ın təklif etdiyi smartfon modelləri ilə hansı fürsətlər səni gözləyir?
İndi telefonunu 18 ay faizsiz hissəli ödənişlə, ayda cəmi 19,92 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsən. Üstəlik, ödəniş müddətində Nar sənə xüsusi tarif təqdim edir ki, bu tariflə ayda 4GB internet və 300 dəqiqə ölkədaxili danışıq sənin olacaq.
Təklifdən yararlanmaq üçün sənə ən yaxın rəsmi Nar mağazasına yaxınlaş və ən yeni telefon satışı kampaniyaları və telefon qiymətləri ilə tanış ol!