İlkin qeydiyyat zamanı sən bütün premium kanallara və filmlərə çıxış imkanı verən 1 aylıq pulsuz istifadə əldə edəcəksən. Bu müddət başa çatdıqda balansından avtomatik olaraq aylıq abunə haqqı çıxılacaq.
Paket | Aylıq abunə haqqı |
---|---|
Mobil paket | 3 AZN* |
*Qiymətə 18% ƏDV daxildir.
- İstifadəçilər tətbiqdəki Hesab menyusuna daxil olaraq abunəni idarə edə bilərlər.
- İstifadəçilər tətbiqdəki Hesab menyusu vasitəsilə abunə olduqları cari paketi, onun qiymətini, paketə daxil olanları və bitmə/növbəti ödəniş tarixini görə bilərlər.
- İstifadəçilər abunəni bu yolla ləğv edə bilərlər: Tətbiq -> ☰ -> Hesab -> Ləğv etmək
- Tətbiqi cihazdan sildikdə abunə dayandırılmayacaq, çünki abunə haqqı qeydiyyat zamanı göstərilmiş telefon nömrəsinin balansından çıxılır.
- Valideyn Nəzarəti PIN-kodu ilk istifadə zamanı təyin edilə bilər.
- *Xidmət Uninet-in əməkdaşlığı ilə təqdim olunur.
- **Xidmət Megogo əməkdaşlığı ilə təqdim olunur.
Hörmətli abunəçi, şirkətimizin göstərdiyi xidmətlərin istifadə həcminin dəyərləndirilməsi və optimizasiyası ilə əlaqədar olaraq, Nar TV xidməti ləğv olunur. Son ödəniş günündən sonra 30 gün ərzində xidmətdən istifadə edə biləcəksiniz. 01.04.2020 tarixindən etibarən Nar TV xidmətinə qoşulmaq mümkün olmayacaq.
Yuxudan erkən qalxırsan, ya gec saatlarda yatırsan, çılğın futbol azarkeşisən, ya 5 uşaq anası, bircə filmi belə qaçırmayan kinomansan, ya vaxtının çoxu tıxaclarda keçən iş adamı – həyat tərzindən asılı olmayaraq Nar TV sənin üçün əsl yenilik olacaq!
İndi yenilənmiş Nar TV tətbiqi ilə maraqlı filmlər, cizgi filmləri və seriallar izləyə bilərsən.
Xüsusiyyətləri:
Geniş film bazası
Nar TV tədbiqi ilə geniş film bazası əldə edirsən. Üstəlik, seçilmiş filmləri indi azərbaycan dilində seyr edə bilərsən.
Sevdiyin kanallar daha əlçatan olsun.
Bu funksiya izlədiyin kanalların içərisindən sevdiklərini və ya ən çox izlədiklərini seçməyə imkan verir.
Sevdiyin şouları qaçırma. İstər indi, istərsə də sonra izlə.
TV Bələdçi sənə efir cədvəlini nəzərdən keçirmək və 12 saata qədər geriyə qaytarmaqla qaçırdıqlarını izləmək imkanı yaradır.
Övladlarının izlədiklərinə nəzarət et.
Valideyn Nəzarəti funksiyası müəyyən kanallara çıxışı PIN-kodla məhdudlaşdırmaq imkanı yaradır.
Abunəliyin tətbiq vasitəsilə idarə olunması.
Abunəliyə birbaşa NarTV tətbiqi vasitəsilə nəzarət edə bilərsən.
Mobil paketə daxildir:
- Mobil cihazda 1 nəfərlik istifadə imkanı
- 100 Premium Onlayn TV-kanal (15 HD və 85 SD)*
- Geniş film bazası** , həmçinin Azərbaycan dilinə dublyaj olunmuş xarici filmlər