banner

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi

Regionlarda sosial məsuliyyət təşəbbüləri ilə tanınan “Nar”ın “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil operator layihənin yekunu olaraq, “Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub. Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.

single image

Forumda şəxsi məlumatların qorunması, internetdə təhlükəsiz olmağın metodları və digər mövcud problemlər mövzusunda mütəxəssislərin iştirakı ilə valideynlər, uşaqlar və rəhbər şəxslər arasında fikir mübadiləsi aparılıb. Panel müzakirələrdə valideynlər suallarını rəhbər şəxslərə ünvanlayaraq çətinlikləri və həll yollarını müzakirə edib, uşaqlar isə kiberbullinq, onlayn oyunların təhlükələri kimi mövzulara aid təqdim olunan keyslərə fikir bildiriblər. Bu cür interaktiv panel diskussiyalar üç tərəf arasında açıq ünsiyyəti qoruyaraq birgə həll yollarını stimullaşdırıb.

Debat forumda çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən bir məsuliyyətdir. “Nar” olaraq, hədəfimiz uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərə və cəmiyyətə bu mühüm məsələlərdə dəstək olmaq və hər bir uşağın daha təhlükəsiz rəqəmsal gələcəyini təmin etməkdir”.

Sərfəliliklə yanaşı, sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsi hesab edən “Nar” bu layihəyə dəstək göstərərək uşaqların hüquqlarının qorunmasına, valideynlərin maarifləndirilməsinə və təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir. Mobil operator sosial layihələr çərçivəsində regionlarda maarifləndirmə fəaliyyətlərini davam etdirməyi və cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyi uzunmüddətli prioritet kimi görür.

Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...