Xidmətlər
İstifadəçilər üçün
Digər Tətbiqlər
FluentWorlds“Nar” Müştəri Xidməti sərt karantin rejimi müddətində abunəçilərinə xidmət göstərməkdə davam edəcək
Belə ki, abunəçilər evdən çıxmadan “Nar”ın onlayn və 24/7 rejimində fəaliyyət göstərən 777 Çağrı Mərkəzindən sorğularına operativ cavab ala bilərlər. Həmçinin mobil operator rəsmi sosial meda kanalları (“Facebook”, “İnstagram” və “Twitter”) vasitəsilə operativ şəkildə abunəçilərinə xidmət göstərməkda davam edəcək. Bundan başqa, abunəçilər evdən çıxmadan “Nar+” tətbiqi vasitəsilə hesablarını daha asan idarə edə bilərlər. Təbiq bir çox mühüm əməliyyatları bir neçə saniyə ərzində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır.
Qeyd edək ki, “Nar” öz müştərilərinin təhlükəsizliyini təmin etməyi, bütün kanalları vasitəsilə müştərilərə fasiləsiz yüksəkkeyfiyyətli xidmət göstərməyi özünün məsuliyyəti hesab edir.
Populyar təkliflərimiz