banner

Türkiyə və İranda rouminqdə olan “Nar” istifadəçilərinə  “Full” paketlərindən internet bonusu

13 fevral 2018-ci il tarixindən etibarən, xaricə səyahət edən “Nar” istifadəçiləri “Full” paketlərinin üstünlüklərindən daha çox faydalana biləcəklər. Belə ki, Türkiyə və ya İranda rouminqdə olan “Nar” istifadəçiləri 2 GB-dək internet bonusu qazanacaqlar. Mobil rabitə bazarında unikal bir təklif olan “Full” paketlərinin əsas özəlliyi istifadə edilməyən bonusların növbəti aya keçməsidir. Beləliklə, rouminqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Bonuslardan “Full 29”, “Full 39” və ya “Full 49” paketlərindən birinə qoşulmuş abunəçilər faydalana bilərlər.   

Xatırladaq ki, “Nar”-ın “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təklif etməklə, eyni fürsətdən rouminqdə olan abunəçilərin də yararlanmasını təmin etdi. 

“Full” paketləri haqqında ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/full.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.    

single image
Populyar təkliflərimiz
FULL 10
10
ayda
FULL 10
FULL 10
Ölkədaxili zənglərÖlkədaxili zənglər
350 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
FULL 15
15
ayda
FULL 15
FULL 15
Ölkədaxili zənglərÖlkədaxili zənglər
500 dəq.
İnternetİnternet
2 GB
"Çevir" təklifi
"Çevir" təklifi
Bonuslar yanmır
Bonuslar yanmır
CavanNar 10
10
ayda
CavanNar 10
CavanNar 10
Tarifdaxili zənglərTarifdaxili zənglər
550 dəq.
İnternetİnternet
5.5 GB
Sosial şəbəkələr
Sosial şəbəkələr
/media/uploads/icons/facebook_XYCQVDK.svg/media/uploads/icons/instagram.svg/media/uploads/icons/twitter_Ot6p4Kg.svg/media/uploads/icons/vk_Z1AlLQM.svg
5.5 GB
Loading...