Xidmətlər
İstifadəçilər üçün
Digər Tətbiqlər
FluentWorlds5G nədir?
5G mobil şəbəkələrin beşinci nəslidir və əvvəlki nəsillərə nisbətən internetə daha sürətli qoşulma üstünlüyünə malikdir.
5G səni internetə daha az müddətə sürətli qoşulma ilə təmin edir.
5G-nin üstünlükləri:
- Sürəti sayəsində 5G özəlliklərinə malik yeni tətbiqləri dəstəkləyir.
- Təkmilləşdirilmiş 5G şəbəkəsi səni daha sürətli və rahat rabitə ilə təmin edəcək. Daha geniş əhatə dairəsi və daha sürətli internet!
- 5G virtual aləmdə də sənə rahatlıq bəxş edir. Oyunları kəsintiz oynama, filmləri ən yüksək keyfiyyətdə izləmək imkanı verir.
Nar ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir.
Smartfonunda *775#YES şifrəsini yığmaqla 10 GB pulsuz internet trafiki əldə et və gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçir.
Qeyd: Sumqayıt şəhəri, Sülh küçəsi 34 ünvanında yerləşən Nar mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərsən.
Tez-tez verilən suallar
Qeydlər
Əlavə
- Hədiyyə bonuslardan yalnız Sumqayıtın Sülh küçəsi 34 ünvanında yerləşən Nar mağazası yaxınlığında istifadə etmək olarTəklif istənilən yerdə aktivləşdirilə bilər
- Bonuslar yalnız 5G aktivləşdirilmiş cihazlarda istifadə oluna bilər
- Bonuslardan istifadə etmək üçün telefonunuzda 5G şəbəkəsi aktiv edilməlidir
- Təklif yalnız bir dəfə aktivləşdirilə bilər
- Hədiyyə bonuslar növbəti gün saat 00:00-a qədər qüvvədə olacaq
- Hədiyyə internet trafiki “hotspot” vasitəsilə paylaşıla bilməz
- Təklif əvvəlcədən və sonradan ödənişli tarif abunəçiləri üçün keçərlidir