Xidmətlər
İstifadəçilər üçün
Digər Tətbiqlər
FluentWorldsBu xidmətdən istifadə zamanı sən söhbətə bir neçə şəxs dəvət edə və ya ayıra, onları xətdə saxlayaraq gələn zəngə cavab verə bilərsən.
- Bu xidmət avtomatik olaraq bütün Nar nömrələrində aktivdir.
- Konfrans zəngi təşkil edən abunəçi dəvət edilmiş hər bir həmsöhbətin danışığının haqqını öz tarifinin şərtlərinə əsasən ödəyəcək.
- Konfrans zəngə 6 nömrə qoşula bilər.
Qoşulma
Bu xidmətdən istifadə etmək üçün *43#YES yığaraq Xətdə gözləmə/saxlama xidmətini aktiv et.
İstifadə qaydası:
- 1-ci abunəçiyə zəng et;
- Xətdə saxlama xidmətini aktivləşdir, 2 və YES düymələrini sıx;
- 2-ci həmsöhbətə zəng et (bu müddətdə 1-ci həmsöhbət xətdə gözləməlidir);
- Konfrans zəngə başlamaq üçün 3 və YES düymələrini sıx;
- Konfransa daha bir həmsöhbət cəlb etmək üçün Xətdə saxlama rejimindən istifadə et (2 və YES düymələrini sıx) 2 və 3 mərhələsini təkrar et. Bu yolla həmsöhbətlərin sayını 5-ə qədər artıra bilərsən;
- Konfrans zəngi yekunlaşdırmaq üçün NO düyməsini sıxmaq kifayətdir;
- Konfrans zəngin yalnız bir iştirakçısı ilə danışmaq istəyirsənsə, əvvəlcə 2 düyməsini sıx və sonra həmin iştirakçının sıra nömrəsini yığ;
- Şəxsi söhbəti dayandırıb Konfrans zəngə qayıda bilərsən. Bunu etmək üçün 2 və YES düymələrini sıxmaqla, danışdığın şəxsi xətdə saxlayır və Konfrans zəngin digər iştirakçıları ilə söhbətini davam etdirirsən;
- Konfrans zəng iştirakçılarından biri ilə söhbəti dayandırmaq istəyirsənsə, əvvəlcə 1düyməsini və sonra həmin həmsöhbətin sıra nömrəsini yığ. Məsələn: 4-cü həmsöhbəti Konfrans zəngdən ayırmaq istəyirsənsə, 1, 4 və YES düymələrini sıxmaq kifayətdir.