banner
Nar Wi-Fi
Paketin həcmi seç
icon
Nar Wi-FI router tələb olunur
*ƏDV daxildir
20
20 GB
Sən harada, internet orada!

Yeni mənzilə və ya ofisə köçürsən?
Şəhərkənarı evdə istirahət etmək istəyirsən?
Evində ənənəvi internetə qoşulmaq imkanı yoxdur və sürətli internet istəyirsən?
Wi-Fi ruteri özünlə götür və enerji mənbəyini tap!
Nar Wi-Fi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə sürətli internetdən tam şəkildə istifadə etməyə imkan verir.
 

Qiymət

Nar Wi-Fi ruterinin qiyməti 99 AZN təşkil edir.

Nar Wi-Fi paketlərinin istifadə müddəti ərzində internet bitdikdə 8 AZN-ə əlavə 5 GB internet əldə etmək mümkündür. Əlavə internet paketləri bir neçə dəfə sifariş oluna bilər. Bonuslar toplanır. Əlavə internet paketlərinin istifadə müddəti 1 aydır, lakin Nar Wi-Fi paketinin aylıq abunə haqqı ödənilmədikdə Nar Wi-Fi əlavə internet paketinin istifadəsi də dayandırılacaq.

İstifadə üstünlükləri

Quraşdırılma çox asandır!

Sadəcə Nar Wi-Fi-ı enerji mənbəyinə qoş və aktivləşdirilmə cəmi bir neçə dəqiqə çəkəcək.

Əlçatan və sürətlidir!

Xidmətlərin dəyəri ADSL ilə müqayisə oluna bilər, lakin internetin sürəti əhəmiyyətli dərəcədə yüksəkdir.

Özünlə götür!

Nar Wi-Fi olduqca mobildir: indi Nar 4G (LTE) şəbəkəsinin əhatə etdiyi hər yerdə internet səninlə olacaq.

Hesabın idarə olunması

Nar+ tətbiqi vasitəsilə cari hesab balansını, paket statusunu yoxlaya, balansı artıra və Nar Wi-Fi paketlərini ala bilərsən. 

Quraşdırılma

Nar Wi-Fi cihazını quraşdırmaq üçün sadəcə bir neçə dəqiqə kifayətdir.

Müvafiq tarifli SIM kartın ruterə daxil etdikdən sonra:

  • Qurğunu enerji mənbəyinə qoş və o,  avtomatik olaraq  işə düşəcək.
  • Şəbəkə indikatorunun  mavi rəngdə olmağını, Wi-Fi  və Siqnal gücü indikatorlarının yanmağını gözlə
  • Wi-Fi-ya qoşulmaq üçün istifadə etdiyin qurğuda Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş Wi-Fi adını (SSİD) seç
  • Nar Wi-Fi ruterinin alt hissəsində qeyd olunmuş şifrəni (WiFi Key) daxil et.
Qeydlər
  • Wi-Fi adını (SSID) və şifrəni dəyişmək üçün ruterin Wi-Fi – nı istifadə etməklə http://192.168.8.1/ keçid linkinə daxil ol. İstifadəçi adı: admin və şifrə: admin.
  • Nar Wi-Fi ruterinin quraşdırma, kökləmə və istifadəsi haqqında daha ətraflı məlumatı istehsalçının təlimatında  və ya www.nar.az saytında tapa bilərsən. Eyni zamanda Nar nömrələrindən 777-yə, digər nömrələrdən isə 012 444 0 777 nömrəsinə zəng edə bilərsən 
  • Hesablanma: 1 GB = 1000 MB, interval 40 kb-dır.
10.09.2019 tarixinədək qoşulan istifadəçilər üçün yeni şərtlər
Nar Wi-Fi 40 GB
*ƏDV daxildir
20
40 GB
Nar Wi-Fi 80 GB
*ƏDV daxildir
40
80 GB
Loading...