Səyyar Nar xidmətindən istifadə et, nümayəndəmiz ünvanına gəlsin və nömrə ilə bağlı çətinliklərini yerində həll etsin.
“COVİD-19” virusu ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, 02.04.2020 tarixindən etibarən evdən çıxmadan Səyyar Nar xidməti vasitəsi ilə xidmət almaq mümkün olacaq.
Müraciətlər əlaqə mərkəzi və Nar+ tətbiqi üzərindən qəbul ediləcək. Müraciət zamanı dəqiq ünvan, əlaqə nömrəsi və müraciət edilən xidmət növü mütləq olaraq qeyd edilməlidir. Xidmət birbaşa qeyd olunan ünvanda göstəriləcək. Xidmətin göstərilməsi üçün nömrənin rəsmi sahibi mütləq qeyd olunan ünvanda şəxsiyyətini təsdiq edən sənədlə birlikdə olmalıdır.
- Qeyd olunan xidmət yalnız Bakı, Sumqayıt və Abşeron yarımadasını əhatə edir.
- Müraciət qeydə alındıqdan sonra 24 saat ərzində həyata keçiriləcək.
- Xidmət yalnız öncədən ödənişli nömrələrdə yerinə yetirilə bilər.
- Xidmətin dəyəri 10 AZN təşkil edir (bir çağırış üçün maksimum 5 xidmət göstərilə bilər). Bu məbləğ nəğd şəkildə şirkətin nümayəndəsinə təqdim olunmalıdır. Nömrədə aparılan əməliyyatın dəyəri isə qaydaya uyğun olaraq nömrənin balansına köçürüləcək və balansdan çıxılacaq.Məsələn: Sim kart dəyişikliyi əməliyyatı üçün 3 AZN balansa və əlavə 10 AZN Səyyar Nar xidməti üçün ödəniş etmək lazımdır.
- Xidmət haqqı nəğd ödənildiyi halda və ya hesaba ödəniş olduğu halda, səyyar xidmət göstərən şəxs mədaxil qəbzi dolduraraq bir nüsxəsini abunəçiyə təqdim edəcək.
- Hər hansısa səbəbdən (abunəçinin sənədinin istifadə müddəti bitibsə, nömrə digər abunəçinin adınadırsa və s.) əməliyyat icra olunmadıqda, 10 AZN xidmət haqqı ödənilmir. (İstisna: nömrə daşınması xidməti).
- SİM kart dublikatının təqdim edilməsi ("Asan İmza" xidmətini dəstəkləyən SIM kart dublikatı)
- “Asan İmza” xidmətin aktivləşdirilməsi (Asan İmza sertifikatı istisna)*
- Addan ada (mütləq nömrənin rəsmi sahibi və adına keçiriləcək şəxs qeyd olunan ünvanda olmalıdır);
- Nömrənin ləğv edilməsi;
- Mobil Nömrə Daşınması;
- Nar Wi-Fi cihazının çatdırılması;
Qeyd*: ASAN Imza sertifikatı aktivləşdirmək üçün ASAN Xidmət Mərkəzlərində fəaliyyət göstərən Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzlərinə (ASXM) və ya Dövlət Vergi Xidmətinin ayrı-ayrı Mərkəzlərinə müraciət etməlisən.
- Sənə yaxın olan Dövlət Vergi Xidməti Mərkəzləri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsən: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri
- Onlayn növbə almaq üçün aşağıdakı linkdən istifadə edə bilərsən: https://www.e-taxes.gov.az/ebyn/novbe/